..:..ISLAM DINI..:.. - 21 July 2007 - Haminizi Salamlayiram_____Bu Sayti Qaqama hediye edirem
Tuesday, 2016-12-06, 6:07 AM

Welcome Qonaq | RSS
Cello_Q@q@m
Main PageRegisterLog in
Site menu

News topics
Dini [8]
Sevgi [14]
Xeberler [0]
Maraqli [2]
Oyunlar [3]
QAQAM [0]
Letifeler [2]
Video [1]
Shekiller [14]
9B SINFI [0]
Pogramlar [2]

Our survey
BU SEZON KIM SAMPIYON OLACAQ???
Total of answers: 2525

Main » 2007 » July » 21 » ..:..ISLAM DINI..:..
..:..ISLAM DINI..:..
8:40 AM

İslam Dini

Kelime olaraq "İslam", teslim olmaq, itaet etmek, boyun eymek demekdir. Termin olaraq "İslam": Peyğemberin xeber verdiyi şeyleri qebul ve onlara bütün varlığıyla teslim olmaq demekdir. Dolayısı ile İslam qelben teslim olmaqla beraber, zahiren Allahın ve Peyğemberlerinin emirlerine tabe olmaqdır. Bu menada her mömin, müselman, her müselman da mömindir.
Allah Teala buyurmuşdur: "Allah yanında (Meqbul olan) din elbette, İslamdır." (Ali-İmran,19) "Bir din kimi sizin üçün İslamı beyenib seçdim." (el-Maide,3)
"Tövbe edib Rebbininze dönün. ezab size gelmemişden evvel ona teslim olun. Sonra size heç bir kömek olunmaz". (ez-Zümer,54)
"Yalnız müselman olduğunuz halda ölün!" (el-Beqere,132 ve Ali-İmran,102).
"Nece ola biler ki, onlarAllahın dininden baqşa bir din axtarsınlar? Halbuki, göylerde ve yerde olanların hamısı ister-istemez Ona teslim olmuşlar ve onun hüzuruna qayıdacaqlar" (Ali-İmran,83)
"Kim İslamdan başqa bir din ardınca gederse, (o din) heç vaxt ondan qebul olunmaz ve o şexs axiretde zerer çekenlerden olar!" (Ali –İmran,85)
İslamın rüknleri
Bunların sayı beşdir.
1-Allahın varlığına, birliyine, Hezreti Mehemmed (s.a.s) in Allahıq qulu ve peyğemberi olduğuna qelbi ile inanması ve dili ile de bunu : "eşhedu en la ilahe illellah ve eşhedü enne Muhemmeden Resulullah" - deye söylemesi.
2-Dinin direyi olan, olan günde beş vaxt namazı qılması,
3-Dinde zengin sayılanların ilde bir defe malının zekatını vermesi,
4-Ramazan ayında oruc tutması,
5-Bedeni sağlam ve kifayet qeder pulu da varsa, ömründe bir defe hecc ibadetini etmelidir.
Şehadet
Şehadetin delili Allahın bu kelamıdır: Allah özünden başqa heç bir tanrı olmadığına şahiddir. Melekler ve elm sahibleri de haqqa-edalete boyun qoyaraq (haqqa tapınaraq) O qüvvet ve hikmet sahibinden başqa ibadete layiq heç bir varlıq olmadığına şehadet verdiler. (Ali İmran 18) Menası : Allahdan başqa heç bir haqq mebud yoxdur. Le ilehe – Allahdan başqa ibadetolunanlari inkar edir İllellah- İbadetin mülkünde şeriki omadığı kimi ibadetinde de şeriki olmayan tek Allaha edilmesini tesdiq edir. Onun tefsiri Allahın bu kelamıdır: Yadına sal ki, bir zaman İbrahim ve qövmüne demişdi : «Men sizin ibadet etdiklerinizden (bütlerden) tamamile uzağam. Yalnız meni yoxdan yaradan Allahdan başqa! Şübhesiz ki, O meni doğru yola müveffeq edecek.¿ (ez-Zuhruf 26-27) Ve Allahın bu kelamıdır: Söyle ki : Ey kitab ehli, sizinle bizim aramızda eyni olan (ferqi olmayan) bir kelmeye teref gelin! (O kelme budur ki) : «Allahdan başqasına ibadet etmeyek. Ona şerik qoşmayaq ve Allahı qoyub bir-birimizi (özümüze) Rebb qebul etmeyek. eger onlar yene de üz döndererlerse, o zaman (onlara) deyin: «İndi şahid olun ki, biz, heqiqeten, müselmanlarıq (Allaha teslim olanlarıq)¿ (Ali İmran 64) Mehemmedin (s.e.s) Allahın resulu olmasına delil Allahın bu kelamıdır: Size özünüzden bir peyğember geldi ki, sizin eziyyete, meşeqqete düşmeyiniz ona ağırdır, o (sizin iman getirmeyinizi) çox isteyir, möminlere şefqetli ve merhemetlidir. (et-Tövbe 128) Mehemmedin (s.e.s) Allahın resulu olmasınıa şehadetin menası : Onun emr etdiyine itaet etmek, xeber verdiyini tesdiq etmek, qadağan etdiyinden çekinmek ve çekindirmek ve Allah ancaq qoyulmuş qanunlar çerçivesinde ibadet etmek.
Namaz
Namazın delili ve tövhidin tefsiri Allahın bu kelamıdır: Halbuki onlara emr edilmişdi ki, Allaha – dini yalnız Ona mexsus ederek, diger bütün batil dinlerden islama dönerek – ibadet etsinler, namaz qılıb zekat versinler. Doğru-düzgün din budur! (el-Beyyine 5) Namaz dinin direyi, ibadetlerin en üstünüdür. Cenabı Haqqın varlığını, birliyini tesdiqden sonra qulluq borcu olaraq beş vaxt namaz gelir. Beş vaxt Namaz hicretden il yarım evvel Mekkede ferz qılınmışdır.
Heddi-büluğa çatan, ağlı başında olan her bir müselmana günde beş vaxt namaz qılmaq ferzdir.
Namazı terk eden Allahın emrine qarşı çıxmış olur. Axiretde ceza çeker.
Namaz Allahın bize verdiyi saysız ne'metlerine qarşı yaradanımıza şükran ve qulluq borcumuzdur.
Namaz qılanlar Allahın emrini yerine yetirmiş, borclarını ödemiş, buna göre Allahın xoşnudluğunu qazanmış, axiretde seadete qovuşmuş olurlar.
Oruc
Orucun delili Allahın bu kelamıdır: Ey iman getirenler! Oruc tutmaq sizden evvelki ümmetlere vacib olduğu kimi, size de vacib edildi. Belke, (bunun vasitesile) siz pis emellerden çekinesiniz. (Beqere 183) Oruc tutmaq niyyetiyle dan yerinin ağarmasından güneş batıncaya qeder bir şey yeyib-içmek, qadına yaxınlaşmaq kimi şeylerden özünü mehrum etmek suretiyle bedenle edilen bir ibadetdir.
Yetginlik yaşına gelen, ağıllı her bir müselmanın Ramazan ayında bir ay oruc tutması ferzdir.
Oruc deliler, uşaqlara ferz deyildir.
Qadınların aybaşı ve zahılıq vaxtlarında oruc tutmaları haramdır.
Xestelerin, yolçuları (seferde olanların), emzikli qadınların Rmazanda oruc yemelerine izn vardır. Yedikleri günlerin oruclarını Ramazandan başqa bir zamanda ödeye bilerler. Oruc tutmaq ücün niyyet etmek, niyyetin başlama ve bitme zamanını bilmek, dan yerinin ağarmasından güneş batıncaya qeder orucu pozan şeylerden çekinmek, orucun ferzlerindendir.
Ramazan orucunda niyyet vaxtı güneşin batmasından, ertesi gün quşluq vaxtına qederdir. Ödenen Ramazan orucu ile, dileme ve keffaret (ceza) oruclarında güneşin batmasından dan yerinin ağarmasına qeder niyyet etmek lazımdır. Niyyet qelb ile olur.
Zekat
Zekatın delili ve tövhidin tefsiri Allahın bu kelamıdır: Halbuki onlara emr edilmişdi ki, Allaha – dini yalnız Ona mexsus ederek, diger bütün batil dinlerden islama dönerek – ibadet etsinler, namaz qılıb zekat versinler. Doğru-düzgün din budur! (el-Beyyine 5) Dinde zengin sayılan kişi, qadın, her bir müselmanın ilde bir defe malının qırxda birini kasıblara vermesi borcudur, ferzdir.
Dinin zengin saydığı şexsler.
Borcundan ve keçineceyinden başqa 80,18 qram qızılı(bu qızıl ister işleyen pul, ister külçe, ister zinet eşyası ve ya qab-qacaq olsun)
Ve ya 561 qram gümüş (bu gümüş ister işleyen pul, ister külçe, ister zinet eşyası ve qabqacaq olsun.)
80,18 qram qızılın qiymetinde pula malik olan, 561 qram gümüşün qiymetine sahib olan ve ya 89,18 qram qızıl ve ya 561 qram gümüş tutarında ticaret malı olan)
Bu deyerde bir az qızıl, bir az gümüş ve bir az da malı olan şexs dinde zengin sayılır.
Gümüş ve ya qızıl başqa metalla qarışıq olur ve qızılı ve ya gümüşü daha çox olursa, xalis qızıl ve ya gümüş sayılır ve ona göre zekatı verilir.
Heyvan cinsine gelince;
Borcundan ve keçineceyinden başqa, doğub, töremek, süd vermek üçün ilin çox vaxtında çölde otlayan : Qırx qoyun ve ya keçi üçün içinden bir denesi ve ya evezi verilir.
Otuz inek ve ya camış üçün bir yaşını tamamlamış bir buzovu ve ya xöteyi verilir. Beş devesi olan da dinde zengin sayılır.
Hecc

Heccin delili Allahın bu kelamıdır: Onun yoluna (erzaq, minik ve sağlamlıq baxımından) gücü çatan her bir kesin hecce gedib o evi ziyaret etmesi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar ederse, (özüne zülm etmiş olar) elbette Allah alemlere (heç kese) möhtac deyildir. (Ali İmran 97) Yetginlik yaşında, ağlı başında, gücü,qüvveti yerinde olan her bir zengin müselmanın ömründe bir defe, Hecc vaxtında Ke'beni ve etrafındakı mübarek yerleri ziyaret etmesidir. Ferzdir.
Hecc mal ve bedenle edilen bir ibadetdir.
Fağırlara, şikestlere, iflic olanlara Hecc ferz deyildir. Yolun salim olması da şertdir.
Üzerine hecc ferz olmayan şexsin möhtac olduğu malını ve mülkünü sataraq Hecce getmesi doğru deyildir.

Category: Dini | Views: 1645 | Added by: yekler | Rating: 4.0/1 |
Total comments: 2
2  
m,kl

1  
Butun movzulara gore teshekkurler.ALLAH SIZDEN RAZI OLSUN....

Name *:
Email *:
Code *:
Login form

News calendar
«  July 2007  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Search

Site friends

Statistics


Copyright MyCorp © 2016