..:..Islamda 10 Haqq..:.. - 26 July 2007 - Haminizi Salamlayiram_____Bu Sayti Qaqama hediye edirem
Tuesday, 2016-12-06, 6:08 AM

Welcome Qonaq | RSS
Cello_Q@q@m
Main PageRegisterLog in
Site menu

News topics
Dini [8]
Sevgi [14]
Xeberler [0]
Maraqli [2]
Oyunlar [3]
QAQAM [0]
Letifeler [2]
Video [1]
Shekiller [14]
9B SINFI [0]
Pogramlar [2]

Our survey
BU SEZON KIM SAMPIYON OLACAQ???
Total of answers: 2525

Main » 2007 » July » 26 » ..:..Islamda 10 Haqq..:..
..:..Islamda 10 Haqq..:..
8:38 AM
 
 
Bu on haqqı lazımınca yerine yetirmek her bir müselmanın borcudur
1.Allahın haqqı.
Bu haqq her bir müselman üçün en mühüm olan haqdır. Allah-teala bize yalnız Onun tekliyine inanmağımızı buyurur ki, biz insanlar Onun emrlerini yerine yetirmek ve qadağan edilenlerden çekinek.
«Men cinleri ve insanları yalnız Mene ibadet etmek üçün yaratdım. Men onlardan ruzi istemirem.Şübhesiz ki, ruzi veren de, yenilmez qüvvet sahibi olan da Allahdır!» («ez-Zariyat» suresi, 56-58)

2.Mehemmed peyğemberin (s.e.s) haqqı.
Mehemmed peyğember (s.e.s) miladi tarixle 570 ve ya 571-ci ilde anadan olub, Allah-teala onu 40 yaşında bütün beşeriyyet (insanlar ve cinler) üçün peyğember seçmişdir.
«Peyğember size ne verirse (şeriet hökmü) onu götürün, neyi qadağan edirse, ondan el çekin, Allahdan qorxun! » («el-Heşr» suresi, 7)

3.Valideynin haqqı.
Allah ve Onun elçisinden sonra, her kes üçün en feziletli olan onun valideynidir. Övlad üçün ata-ananın her birinin özüne göre fezileti var. Lakin, ananın fezileti daha çoxdur:
«Biz insana ata-anasına yaxşılıq etmeyi tövsiye etdik. Anası onu (betninde) çox zeif bir halda daşımışdı.» («Loğman» suresi, 14)

4.Övladın haqqı.
Övladı islam terbiyesi ile böyüdüb cehennem odundan qorumaq Allahın emrlerindendir. Övladı ezizlemek, qayğısına qalmaq, onun üçün xeyirli dua etmek ve terbiye vermek buyurulur.
«Ey iman getirenler! Özünüzü ve ehli- eyalınızı cehennem odundan qoruyun! » («et-Tehrim» suresi, 6)
Qeyd: Qohum kafir olsa da bele, onun haqqı ödenilmelidir.

5.Qohum haqqı.
İnsanları bir çoxu bu haqqı unudaraq qohumlarını tırk edir.Şeriete göre çetinlikde de, firavanlıqda da qohumları ziyaret edib onların haqqını ödemek lazımdır.
«Qohum-eqrabanın haqqını ver («el-İsra» suresi, 26)

6.Qonşunun haqqı.
Qonşunun haqqı aşağıdakı kimidir:
- Evde bişirilen yemekden imkan daxilinde qonşuya vermek:
- Qonşunun qadını ile zina ve qonşudan oğurluq etmek haramdır:
- Qonşuya eziyyet vermemek:
- Qonşu kafir olsa da, ona yaxşılıq etmek.
«Allaha ve axiret gününe inanan inanan qonşusuna yaxşılıq etsin» («Müslim», 174)

7.erle arvadın bir birine olan haqqı.
erin boynunda olan haqlar:
- Yemek, içmek, geyim ve yaşayış yeri ile qadını temin etmeli, qadınla kobud reftar etmemeli ve onlara diqqet göstermelidir.
Arvadın boynunda olan haqlar:
-erine qulluq etmeli, onun etdiyi yaxşılıqlara qarşı nankor olmamalıdır.

8.Hakimlerin haqqı.
Hakim her hansı bir topluya başçılıq edendir. Hakimlere tabe olmaq, xeyirden ve hidayetden onlar üçün de dilemek, Allahın onlara verdiyi ruziye göz tikmemek bu haqdandır. Yalnız Allahın haram buyurduğu işlerde (oğurluq ve s.) hakime tabe olmaq haramdır.
«Ey iman getirenler! Allaha, Peyğembere ve özünüzden olan ixtiyar sahiblerine (hakimlere) itaet edin!» («en-Nisa» suresi, 59)

9.Müselmanların bir birine olan haqqı.
Müselmanlar öz aralarında bir birilerine qarşı merhemetli olmalıdırlar.Müselman olan şexs diger müselmana zerer burmamalıdır.Müselman bacardığı qeder pisliye yaxşılıqla def etmelidir.Müselman qardaşının sehvini gördükde onu düzeltmeye çalışmalı, müselmanlar arasında sülh yaratmalıdir, onlara eziyyet vermemelidir.Müselman ticaret etdikde aldatmamaq bu haqdandır.

10.Qeyri-müselmanların haqqı.
Kafirler ve müşrikler Allahın, Peyğemberin ve müselmanların düşmenidir. Lakin bununla bele onların da haqqını ödemek, onlara qarşı edaletli olmaq biz müselmanlara aiddir.
«eger müşrikden biri senden iman istese, ona iman ver ki, Allah kelamını dinlesin. Sonra onu emin olduğu yere çatdır» («et-Tövbe» suresi, 6
Category: Dini | Views: 3338 | Added by: yekler | Rating: 4.3/3 |
Total comments: 0
Name *:
Email *:
Code *:
Login form

News calendar
«  July 2007  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Search

Site friends

Statistics


Copyright MyCorp © 2016